Kəbin zamanı gəlin məhr olaraq ərindən İtaliyada VİLLA İSTƏDİ - VİDEO

17 May 2026 11:45

İmam nikahı zamanı yaşanan maraqlı an sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, gəlinin məhr olaraq İtaliyada villa istəməsi mərasim iştirakçılarının diqqətini çəkib.

Yayılan görüntülərdə nikah mərasimi zamanı gəlin gələcək həyat yoldaşından məhr kimi İtaliyada dəbdəbəli villa tələb edib. Bu istək həm məclisdə olanları təəccübləndirib, həm də gülüşə səbəb olub.

Mərasimdə iştirak edən imam isə çıxışı zamanı ailələrin məhr məsələsində öz maddi imkanlarını nəzərə almalarının vacibliyini vurğulayıb. O, dini prinsiplərə əsaslanaraq tərəflərə daha uyğun və real seçimlər etməyi tövsiyə edib.

Videoda diqqət çəkən məqamlardan biri də bəyin gəlinin istəyinə tərəddüdsüz "Qəbul etdim" cavabını verməsi olub. Bu an sosial media istifadəçiləri arasında maraqlı şərhlərlə qarşılanıb.

Bəzi istifadəçilər hadisəni zarafat kimi qiymətləndirib, digərləri isə bunu son dövrlərin ən iddialı məhr istəklərindən biri adlandırıblar. Görüntülər qısa müddətdə müxtəlif platformalarda yayılıb.

Musa
Milli.Az