"Qalatasaray" ilk transferini etməyə hazırlaşır

15 May 2026 21:23

"Qalatasaray" yay "transfer pəncərəsi"ndə ilk keçidini etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılar" Bernardo Silvanın meneceri Xorxe Mendeşlə danışıqlara başlayıb.

Portuqaliyalı futbolçuya 3 il ərzində ümumilikdə 50 milyon avro qazana biləcəyi bir müqavilə təklif edilib.

Bu barədə "El Periodico" portalı məlumat yayıb.

Silva 9 mövsüm çıxış etdiyi "Mançester Siti"dən mövsümün sonunda ayrılacaq. 

O, yeni klubunu Dünya Kubokundan əvvəl açıqlayacaq. (Offsideplus.az)

Milli.Az