Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO

15 May 2026 20:15

Məşhur türkiyəli aktrisa Hande Erçel nüfuzlu Kann Film Festivalında nümayiş etdirdiyi geyimi ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, aktrisa qırmızı xalça üzərində azərbaycanlı dizayner Günel Babayevanın təsisçisi olduğu məşhur "Sophie Couture" moda evinə aid xüsusi libasda boy göstərib.

​Qızılı çalarların hakim olduğu bu geyim incə əl işləmələri və zərif detalları ilə böyük maraq doğurub.

Erçelin dəbdəbəli obrazı "Pomellato" brendinə məxsus aksesuarlarla tamamlanaraq mükəmməl bir ahəng yaradıb.

Milli.Az