Goranboy rayonunda qəzalı binaların söküntüsünə başlanılıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü işləri şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli, 60 mənzilli və 2 mərtəbəli 16 mənzilli yaşayış binalarında aparılır.
Qeyd edək ki, qəzalı vəziyyətə düşmüş 5 mərtəbəli, 60 mənzilli bina 1988-ci ildə inşa edilib və 1992-ci ildə istifadəyə verilib, binada 46 mənzil sahibi (168 ailə üzvləri ilə birgə) daimi, 11 icarəçi (37 ailə üzvləri ilə birgə) müvəqqəti olaraq yaşayırdılar, 3 mənzildə isə yaşayış olmayıb. Bina sakinləri kirayə evlərə yerləşdirilib, onların kirayə xərclərinin ödənilməsi dövlət tərəfindən təmin edilib.
Hazırda yeni binaların tikintisi ilə bağlı layihələndirmə işləri aparılır.
Milli.Az