Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO

15 May 2026 18:33

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın yeni raket və dron hücumlarının hədəfləri ilə bağlı sənədləri əldə edib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.

Zelenskinin sözlərinə görə, əldə olunan məlumatlar Rusiyanın "qərarların qəbul olunduğu mərkəzlərə" zərbələr endirməyi planlaşdırdığını göstərir.

Məlumata əsasən, hədəflər sırasında təxminən 20-yə yaxın siyasi mərkəz və hərbi komanda məntəqələri yer alır.

Kiyevin mərkəzində yerləşən binalar, müxtəlif mərtəbələrdə Zelenskinin kabinetlərinin yeri qeyd olunan prezident administrasiyası və dövlət başçısının iqamətgahı hədəflərin arasında yer alır.

Ukrayna lideri xəbərdar edib ki, zərbələr cavabsız qalmayacaq.

"Hazırda Rusiyanın şəhərlərimizə və kəndlərimizə endirdiyi zərbələrə cavab olaraq, gələcək uzunmənzilli "sanksiyalar" üçün hədəfləri müəyyənləşdiririk. Ukrayna bizim adamların həyatına son qoyan hər bir hücumu cavabsız qoymayacaq", - Zelenski bildirib. (APA)

Milli.Az