Emmanuel Macron və həyat yoldaşı Brigitte Macron haqqında yayımlanan yeni kitab mediada geniş müzakirələrə səbəb olub. Kitabda cütlüyün şəxsi münasibətləri ilə bağlı iddialara yer verilib.
Milli.Az xəbər verir ki, ötən il Hanoi səfəri zamanı təyyarədə baş verən gərginliyin səbəbi qısqanclıq olub və hadisənin mərkəzində iranlı aktrisa Qolşifte Fərahani dayanıb.
Hadisə təyyarənin qapısı açılarkən çəkilən görüntülərdən sonra gündəmə gəlmişdi. Kadrlarda Bricit Makronun həyat yoldaşını itələdiyi görünürdü. O zaman Yelisey sarayı və Makron hadisəni "sadə zarafat" adlandıraraq yayılan iddiaları böyütməməyi istəmişdi.
Asya
Milli.Az