Xalq artisti dekoletli geyimi ilə diqqət çəkdi - VİDEO

15 May 2026 16:03

Xalq artisti Aygün Kazımova sevənləri qarşısında mini konsert proqramı ilə çıxış edib.

Milli.Az-ın məlumatına görə, Pop Diva səhnə performansı və seçdiyi geyim tərzi ilə yenidən diqqət mərkəzinə düşüb. Sənətçinin sinə və bel dekolteli səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İzləyicilər xüsusilə Aygün Kazımovanın fit bədən quruluşunu və enerjili səhnə görüntüsünü diqqətə çatdırıblar. Paylaşılan görüntülər qısa zamanda yayılaraq çoxsaylı şərhlər toplayıb.

Bəzi sosial media istifadəçiləri sənətçinin illərə meydan oxuyan görünüşünü tərifləyib, digərləri isə onun səhnə stilini uzun müddət müzakirə ediblər. Mini konsertdən yayılan videolar izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az