Bu kənd qazsız QALIB

15 May 2026 15:51

Şəkinin Kiş kəndində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Şəki rayonu B.Vahabzadə küçəsində yerləşən PE-160 mm-lik yeraltı qaz xəttində aşkarlanan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar mayın 15-də saat 14:50-dən etibarən Kiş kəndinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.

Milli.Az