İstər gözəllikdə, istərsə də həyati problemlərdə Vazelinin bilmədiyimiz 20 fərqli istifadə qaydası mövcuddur.
Milli.Az həmin faydaları təqdim edir:
- Təraşdan sonra dərinizi yumşaldır.
- Gözəl dodaqlar üçün çox effektiv təsir vasitəsidir.
- Bədəninizin günəşdə qaralmayan hissələrinə, xüsusilə dizlərinizin arxasına və biləklərinizin içinə çəksəniz, rəng fərqini aradan qaldıracaqdır.
- Qaşlarınıza çəkdiyinizdə həmin hissəni yumşaldır və qaşlarınızı daha ağrısız şəkildə aldırmanızda təsirli olur.
- Kirpiklərinizin böyüməsinə yardımçı olur. Gecə kirpiklərinizə çəkin və təsirini hiss edin.
- Quru dərinizə çəkdikdə dərhal təsirini göstərir.
- Saçlarınızı boyayan zaman alnınızın birləşdiyi hissəyə çəksəniz, boya üzünüzdə iz qoymayacaq.
- Quru və çatlamış dirsəkləri yumşaldır.
- Ətir vurduğunuz nöqtələrə çəksəniz, Vazelin ətrin daha qalıcı olmasını təmin edir.
- Vazelinin məsamələri tıxadığı haqda məlumat yanlışdır. Tam əksinə, daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza çəkə bilərsiniz.
- Dişinizə bulaşan dodaq boyası Vazelin çəkdiyinizdə yox olacaqdır.
- Gecədən qalan makiyajın təmizlənməsini böyük nisbətdə asanlaşdırır.
- Göz makiyajının altına, yanaqlarınıza və dodaqlarınıza çəkdiyiniz zaman daha parlaq və daha təzə görünüş əldə edə bilərsiniz.
Milli.Az