Mbappe: "Məni 4-cü hücumçu kimi GÖRÜR"

15 May 2026 15:00

Kilian Mbappe açıqlaması ilə futbol gündəmini qarışdırıb.

Milli.Az xəbər verir ki,  "Real Madrid"in ulduz hücumçusu ehtiyat oyunçular skamyasında qalması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Məlumata görə, futbolçu İspaniya çempionatının 36-cı turunda "Oviedo"ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra danışıb. O, baş məşqçi Alvaro Arbeloanın onu komandada dördüncü hücumçu kimi gördüyünü bildirib.

Mbappe qeyd edib ki, daha çox oyun vaxtı qazanmaq üçün rəqabətdə üstün olmağa çalışmalıdır. Futbolçu start heyətində oynamağa hazır olduğunu desə də, məşqçinin qərarına hörmət etdiyini vurğulayıb.

Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox azarkeş Arbeloanın qərarını tənqid edərək etiraz dolu rəylər yazıb.

Hüseyn
Milli.Az