Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - FOTO

15 May 2026 14:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Prezident İlham Əliyevi və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər.

Xəbər yenilənəcək/AZƏRTAC

Milli.Az