Pakistanda terror: 9 hərbçi həlak oldu

15 May 2026 14:17

Pakistanın Xayber-Paxtunxva əyalətinin Bacaur rayonunda partlayıcı maddələrlə yüklənmiş avtomobildə olan terrorçu hərbi düşərgənin ərazisinə daxil olub və partlayıcı qurğunu işə salıb.

Milli.Az xəbər verir ki, partlayışdan dərhal sonra digər terrorçular hərbçilərə atəş açıblar. Nəticədə 9 hərbçi həlak olub, 20-dən çoxu yaralanıb.

Qeyd edək ki, Xayber-Paxtunxvadakı radikal qruplaşmalar qondarma Vəziristan İslam Dövləti yaratmağa çalışırlar. Bölgə Əfqanıstanla sərhəddə, qəbilə ərazilərində yerləşir.

Milli.Az