Mbappe zədəli halda İtaliyaya səyahətindən danışıb

15 May 2026 14:10

"Real Madrid"in hücumçusu Kilian Mbappe zədəsini sağaldarkən İtaliyaya səfəri barədə şərh verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, mediada daha əvvəl fransız futbolçunun həmin vaxt aktrisa Ester Ekspozito ilə İtaliyada dincəldiyi bildirilirdi. Qeyd olunurdu ki, "Real Madrid"in heç də bütün oyunçuları hücumçunun davranışına müsbət yanaşmayıb.

"Klubun icazəsi var idi və İspaniyanı tərk edən tək oyunçu mən deyildim", - Mbappe "Ovyedo" ilə oyundan sonra deyib.

27 yaşlı hücumçu aprel ayından bəri əzələ zədəsindən sağalır. Bu mövsüm Mbappe bütün yarışlarda 42 oyun keçirib, 41 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Milli.Az