ABŞ-də təyyarə qəzası: Hər kəs həlak oldu

15 May 2026 10:27

ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarə qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, qəza nəticəsində dörd nəfər həlak olub.

Hadisə Ruidoso şəhəri yaxınlığında baş verib.

Linkoln Şəhər Meneceri Ceyson Börnsün sözlərinə görə, qəza səbəbindən meşədə yanğın baş verib.  Günorta saatlarında yanğın quru və küləkli hava şəraitində 35 akra (14 hektar) qədər böyüyüb. 

Rəsmilərin sözlərinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan dörd nəfərin heç biri sağ qalmayıb.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Fidan
Milli.Az