Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb

14 May 2026 23:11

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Milli.Az-ın məlumatına görə, dördüncü yarış günündə Azərbaycanın bir güləşçisi fəxri kürsüyə qalxıb.

Xədicə Qurbanzadə (49 kiloqram) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub.

Milli.Az