Alleqri "Milan"dan ayrılmağı düşünür

14 May 2026 23:19

​"Milan"ın baş məşqçisi Massimiliano Alleqri klubun idman müşaviri Zlatan İbrahimoviç və rəhbərliklə yaşadığı şəxsi problemlər səbəbindən mövsümün sonunda postunu tərk etməyə hazırlaşır.  

Milli.Az xəbər verir ki, ​İtaliya mətbuatının yaydığı məlumata görə, tərəflər arasında münasibətlərin tamamilə qopmasına aprel ayında "Napoli"yə qarşı alınan məğlubiyyət səbəb olub.

Bildirilir ki, oyundan sonra Alleqri və İbrahimoviç arasında gələn mövsüm üçün üçüncü qapıçı seçimi üstündə çox sərt mübahisə yaranıb. Həmin vaxtdan bəri ikili arasında ünsiyyət tamamilə kəsilib.  

​Təcrübəli mütəxəssisin klubdan ayrıldıqdan sonra İtaliya milli komandasına rəhbərlik edə biləcəyi də iddialar arasındadır. 

​"Milan" rəhbərliyi isə artıq Alleqrinin əvəzləyicisi üçün axtarışlara başlayıb; namizədlər arasında hazırda "Portu" ilə uğurlu mövsüm keçirən Françesko Fariolinin adı ön plana çıxır. (Offsideplus.az)

Milli.Az