Fransanın PSJ klubu Federiko Valverde ilə Aurelien Çuameni arasında yaşanan gərginlikdən sonra uruqvaylı yarımmüdafiəçinin ətrafı ilə əlaqə saxlayıb.
Milli.Az xəbər verir ki, Paris təmsilçisi "Real Madrid" daxilindəki vəziyyəti diqqətlə izləyir. Əgər İspaniya klubu Valverdenin satışına yaşıl işıq yandırarsa, PSJ rəsmi təkliflə çıxış etməyə hazırdır.
Hazırda Federiko Valverde hələ də Madriddə qalmaq niyyətində olsa da, PSJ rəhbərliyi vəziyyətin dəyişə biləcəyi ehtimalına qarşı öz mövqeyini möhkəmləndirir.
Qeyd edək ki, bir neçə gün öncə məşq zamanı Valverde və Çuameni arasında fiziki qarşıdurma yaşandığı və Valverdenin yüngül xəsarətlə xəstəxanaya aparıldığı bildirilmişdi.
Hər iki futbolçu klub tərəfindən 500,000 avro məbləğində cərimələnib. (Offsideplus.az)
Milli.Az