"Digər yol layihələri isə şəhər daxilindəki "dar boğaz"ların aradan qaldırılmasına xidmət edir".
Milli.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
"Məsələn, "Excelsior Hotel" yaxınlığında mövcud olan sıxlıq probleminin həlli üçün yeni tunellərin tikintisi nəzərdə tutulur. Bu tunellər vasitəsilə avtomobillər birbaşa Ağaoğlu küçəsinə, ADA Universiteti istiqamətinə yönləndiriləcək və əsas tunelə düşən yük azalacaq.
Şəhərin ən ciddi "dar boğaz"larından biri isə "20 Yanvar" ərazisidir. Dövlət proqramında bu problemin həlli üçün bir neçə layihə yer alıb. Burada əsas rolu yenə dairəvi yollar oynayacaq. Məqsəd nəqliyyat axınını mərkəzdən yayındırmaq və alternativ marşrutlar yaratmaqdır.
Artıq bəzi layihələr üzrə tikinti işlərinə başlanılıb və ilkin mərhələnin ilin sonuna qədər tamamlanması planlaşdırılır. Yol qovşaqları və yeni bağlantılar üzrə hazırlıq işləri də davam edir", - deyə o, vurğulayıb.
Milli.Az