Şuşadakı bu 3 bina sökülə bilər

14 May 2026 19:34

Nazirlər Kabineti Şuşa şəhərindəki üç qeyri-yaşayış binası ilə bağlı qərar verib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şuşa şəhəri, Aslan Qaraşarov küçəsində yerləşən üç qeyri-yaşayış binası "Sökülməsi mümkün olan obyektlərin Siyahısı"na əlavə edilib.

Milli.Az