Kiyevdə matəm elan edildi

14 May 2026 17:23

Kiyevdə hücum və çoxsaylı itkilərdən sonra sabah matəm günü elan edilib.

Milli.Az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

"Paytaxtda əyləncə tədbirləri qadağan olunacaq", - Kliçko bildirib.

Qeyd edək ki, Rusiyanın bu gün Kiyevə kütləvi raket və PUA hücumları nəticəsində 5 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Milli.Az