Bağda bibərin yanında bəzi bitkilərin əkilməsinin məhsuldarlığı azalda biləcəyini bildirirlər.
Milli.Az xəbər verir ki, yanlış "qonşular" torpaqdakı qida maddələri uğrunda rəqabət aparır, xəstəlik və zərərvericilərin yayılma riskini artırır.
Bibərin yanında əkilməsi tövsiyə olunmayan bitkilərdən biri kartofdur. Hər iki bitki eyni fəsiləyə aid olduğundan fitoftoroz və digər göbələk xəstəlikləri daha sürətlə yayıla bilər. Bundan əlavə, kartof və bibər torpaqdan eyni qidaları aldığı üçün bir-birinin inkişafını zəiflədir.
Badımcan da bibər üçün uyğun qonşu hesab edilmir. Bu bitkilər Kolorado böcəyi və mənənə kimi eyni zərərvericilərə qarşı həssasdır. Yan-yana əkildikdə zərərvericilər bütün sahəyə daha tez yayılır.
Pomidor isə istixanalarda bibərlə birlikdə yetişdirilsə də, açıq sahədə bu qonşuluq məsləhət görülmür. Səbəb onların eyni qida maddələrinə ehtiyac duyması və məhsuldarlığa mənfi təsir göstərməsidir.
Milli.Az