Dünya şöhrətli modelyer və keçmiş müğənni Viktoriya Bekhem həyat yoldaşı Devid Bekhemə etdiyi fərqli hədiyyə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Viktoriya məşhur futbolçunun ad günü münasibətilə ona toyuqlar hədiyyə edib.
Cütlüyün bu maraqlı seçimi sosial şəbəkələrdə geniş diqqət çəkib. İzləyicilər xüsusilə lüks həyat tərzi ilə tanınan Bekhemlərin qeyri-adi hədiyyəsini maraqla qarşılayıblar.
Paylaşılan görüntülərdə Devidin hədiyyə qarşısında sevinc yaşadığı da diqqətdən yayınmayıb.
Sosial media istifadəçiləri mövzu ilə bağlı çoxsaylı şərhlər yazaraq cütlüyün səmimi münasibətini müzakirə ediblər.
Musa
Milli.Az