"Real"ın keçmiş ulduzu Ardadan DANIŞDI: "Bütün keyfiyyətlərə sahibdir" - FOTO

14 May 2026 15:25

"Real Madrid"in sabiq futbolçusu Marselo gənc ulduz Arda Güler haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, braziliyalı keçmiş müdafiəçi açıqlamasında Arda Gülərin xarakter və oyun keyfiyyətlərini yüksək qiymətləndirib.

Marcelo bildirib ki, "Real Madrid" futbolçusunun sakit, təvazökar və peşəkar olması vacibdir. Onun sözlərinə görə, Arda Güler bu xüsusiyyətlərin hamısını özündə birləşdirir.

"Arda "Real Madrid" oyunçusunda olması lazım olan bütün keyfiyyətlərə sahibdir. O, möhtəşəm futbolçudur", - deyə sabiq müdafiəçi vurğulayıb.

Qeyd edək ki, Arda Gülerin son dönəmlərdə göstərdiyi performans həm azarkeşlər, həm də futbol mütəxəssisləri tərəfindən maraqla izlənilir.

Hüseyn
Milli.Az