Pomidorun qabığını tez soymağın 3 asan üsulu

15 May 2026 02:02

Pomidorun qabığını soymaq üçün qaynar su istifadə etmək vacib deyil.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, sadə bir üsulla pomidorun qabığını daha rahat və sürətli şəkildə təmizləmək mümkündür.

Qabığı asan soymaq üçün ilk növbədə pomidorun alt hissəsində kiçik xaç formasında kəsik edilməlidir. Bu addım qabığın daha rahat ayrılmasına kömək edir.

Pomidor qabığını qaynar su olmadan soymağın əsas üsulları bunlardır:

Mikrodalğalı soba - Pomidorları bir neçə saniyə mikrodalğalı sobaya qoymaq kifayətdir. Lakin çox saxlanıldıqda partlaya biləcəyi üçün diqqətli olmaq lazımdır.
Soba - Pomidorlar 180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə saxlanılır. Bu zaman qabıq asanlıqla ayrılır və üsul xüsusilə sous və şorba hazırlığı üçün uyğun sayılır.
Dondurucu - Pomidorları gecə boyu dondurucuda saxlamaq, səhər isə üzərinə ilıq su tökmək kifayətdir. Qabıq demək olar ki, öz-özünə soyulur.

Mütəxəssislər qeyd edirlər ki, soba və dondurucu üsulları pomidorun strukturunu dəyişə bilər. Buna görə belə pomidorlardan daha çox bişirilən yeməklərdə istifadə etmək tövsiyə olunur.

Milli.Az