Burcu İrem Dericini məhkəməyə verdi

14 May 2026 14:57

Türkiyəli müğənni Burcu Güneş İrem Dericini məhkəməyə verib.

Milli.Az xəbər verir k, Burcu Günəş İrem Dericinin sosial şəbəkədə onun haqqında işlətdiyi ifadələrə görə 250 min TL məbləğində mənəvi təzminat iddiası qaldırıb.

Mübahisə Demet Akalın haqqında səsləndirilən fikirlərdən sonra başlayıb. Burcu Günəş bir tədbirdə Demet Akalını sərt tənqid edib. Bundan sonra İrem Derici sosial mediada Burcu Günəşə qarşı paylaşım edərək "Sus, qız" ifadəsini işlədib.

Gərginlik Burcu Günəşin cavab paylaşımından sonra daha da artıb. Müğənni İrem Dericiyə hörmətli davranmağı tövsiyə edərək, sənət karyerası ilə bağlı sərt açıqlamalar verib.

İrem Derici isə cavabında Burcu Günəş haqqında "Bütün şou-biznes onun necə psixopat olduğunu bilir" sözlərini yazıb və daha sərt ifadələr işlədib.

Türkiyə mediasının məlumatına görə, Burcu Günəş məhkəməyə təqdim etdiyi ərizədə bu sözlərin təhqir və alçaldıcı xarakter daşıdığını, şəxsi hüquqlarını pozduğunu bildirib. Müğənni yaşadığı mənəvi zərərə görə İrem Dericidən 250 min TL təzminat tələb edir.

Fidan
Milli.Az