"İbrahim Tatlıses olmağım mümkün deyil"

14 May 2026 14:13

Müğənni İzzət Bağırov açıqlaması ilə diqqət çəkib

Milli.Az xəbər verir ki, ifaçı çox sevdiyi türk musiqisinin imperatoru İbrahim Tatlısəsdən danışıb:

"Biznesim yoxdur. İbrahim Tatlıses olmağım mümkün deyil. İkinci belə bir səs dünyaya bundan sonra gəlməyəcək. İbrahim Tatlıses Şərqin ən böyük ifaçısıdır. Bütün müğənnilər arasında ən çox qazanan sənətçidir. Biz onun kimi oxuya bilmərik. Heç onun ayaqqabılarını da geyinə bilmərik. Onun mahnılarını sevib oxuyuruq. İbrahim Tatlıseslə bizim qazancımız buludla torpaq arasındakı fərq kimidir. Bu gün yaşayıramsa, Allaha şükür edirəm. Nəyim varsa, razıyam. Kişinin evində qazan qaynayırsa, o kişidir".

Milli.Az