"Sabah" müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın "Holştayn Kil" klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "bayquşlar" Polşa millisinin 27 yaşlı sabiq futbolçusunun transfer hüquqlarına sahib çıxıblar. Polşalı futbolçu ilə üçillik müqavilə imzalanıb.
Xatırladaq ki, T.Puxaç ötən ilin sentyabrından komandanın formasını geyinir. O, cari mövsümdə "Sabah"ın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, iki qol vurub və 12 məhsuldar ötürmə edib.
Milli.Az