Hindistanda FACİƏ: 89 nəfər öldü

14 May 2026 14:47

Hindistanın Uttar Pradesh ştatında baş verən güclü fırtına, leysan yağış, dolu və ildırım nəticəsində 89 nəfər həyatını itirib.

Milli.Az xəbər verir ki, fırtına ağacları və reklam lövhələrini aşıraraq avtomobillərin üzərinə salıb, bir çox bölgədə mobil şəbəkələri sıradan çıxarıb.

Rəsmilərin məlumatına görə, ölənlərin əksəriyyəti ağacların aşması və ev divarlarının uçması nəticəsində həlak olub. Ən çox zərər çəkən rayonlardan biri olan Bhadohidə azı 16 nəfər ölüb. Fatehpurda 9 nəfər, Budaunda isə 5 nəfər həyatını itirib.

Ölənlər arasında uşaqların da olduğu bildirilib.

Milli.Az