Sərnişinlərə sevindirici XƏBƏR: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq

14 May 2026 12:03

Mayın 16-dan başlayaraq Bakı-Qəbələ-Bakı xətti ilə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.

Milli.Az