Bir lahmacunu 1 saata YEYİR: "Əzmədən, nəzakətlə yeyirik" - FOTO

14 May 2026 12:12

Türkiyəli model və aparıcı Çağla Şıkel fit görünüşü ilə bağlı etdiyi açıqlama ilə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az-ın məlumatına görə, sənətçi qidalanma rejimindən danışarkən lahmacunu çox yavaş yediyini bildirib. Onun sözlərinə görə, bir ədəd lahmacunu təxminən bir saata yeyir.

Çağla Şıkel "Az qatlayırıq, əzmədən, nəzakətlə yeyirik. Bol göyərti ilə yedikdə kökəltmir" sözləri ilə diqqət çəkib.

Məşhur aparıcının bu açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun sağlam həyat tərzini dəstəkləsə də, digərləri bu yanaşmanı maraqlı və qeyri-adi hesab ediblər.

Paylaşım qısa zamanda yayılıb və çoxsaylı şərhlər toplayıb.

Hüseyn
Milli.Az