Ukrayna prezidenti Volodimir Zelenskinin yaxın müttəfiqi və onun administrasiyasının keçmiş rəhbəri Andrey Yermak həbs edilib.
Milli.Az xəbər verir ki, Ukraynanın korrupsiyaya qarşı mübarizə məhkəməsi bu barədə cümə axşamı qərar verib.
Məhkəmə həmçinin 140 milyon qrivna (3,19 milyon dollar) girov məbləğini müəyyən edib ki, bu da ona qarşı irəli sürülən ittihamları rədd edən Yermakın işi üzrə yekun qərar çıxarılana qədər azadlığa buraxılmasına imkan verəcək.
Yermak məhkəmənin qərarından sonra jurnalistlərə bildirib ki, "Mənim bu cür pulum yoxdur və vəkilim indi (girov üçün pul toplamaq üçün) dostlar və tanışlarla danışacaq".
"Hüquq qrupum apelyasiya şikayəti verəcək. Ədalət və həqiqəti axtarmaq üçün bütün hüquqi yollardan istifadə edəcəyik" .
Ukraynanın korrupsiyaya qarşı mübarizə agentlikləri verdiyi açıqlamada bildirib ki, Yermak paytaxt Kiyevin kənarındakı elit mənzil kompleksi vasitəsilə təxminən 10,5 milyon dollarlıq çirkli pul yuyan cinayətkar qrupda iştirak etməkdə şübhəli bilinir.
Milli.Az