"Southampton", yoxsa Acunun "Hull City"isi, kim daha ŞANSLIDIR?

14 May 2026 11:15

"Southampton FC" Championship play-off yarışında favorit göstərilir.

Milli.Az xəbər verir ki, Xarici mənbələrin və bukmeker şirkətlərinin proqnozlarına görə, komandanın Premyer Liqaya yüksəlmək şansı rəqiblərlə müqayisədə daha yüksək qiymətləndirilir.

Mütəxəssislər bunu "Southampton"un daha keyfiyyətli heyətə və yüksək səviyyəli oyun təcrübəsinə sahib olması ilə əlaqələndirirlər. Komandanın mövsüm ərzində daha stabil çıxış etməsi, güclü hücum xətti və geniş ehtiyat skamyası da əsas üstünlüklər arasında göstərilir.

Bununla yanaşı, Acun Ilıcalının sahibi olduğu "Hull City" də təhlükəli rəqib olduğu vurğulanır. Komanda son həftələrdə gözlənilməz nəticələri ilə diqqət çəkib və play-off mərhələsində nümayiş etdirdiyi oyunla azarkeşlərin rəğbətini qazanıb.

Sosial şəbəkələr və futbol forumlarında aparılan müzakirələrdə isə hazırkı psixoloji üstünlüyün və motivasiyanın daha çox "Hull City" tərəfində olduğu bildirilir.

Ekspertlər qeyd edirlər ki, play-off finalının bir oyundan ibarət olması sürpriz ehtimalını artırır. Bu səbəbdən favorit statusu nəticəyə tam zəmanət vermir.

Tural
Milli.Az