Türkiyəli məşhur müğənni Bedia Akartürk illər sonra yenidən görüntülənib və son görünüşü ilə diqqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, güclü səsi və uzun illərə dayanan sənət fəaliyyəti ilə tanınan ifaçı bu dəfə dəyişən görünüşü ilə maqazin gündəminə gəlib. Məlumata görə, Bedia Akartürk təxminən 4 il əvvəl üz gərmə əməliyyatı etdirərək böyük maraq doğurmuşdu.
85 yaşlı sənətçi əməliyyatdan sonra uzun müddət mediadan uzaq qalmağa üstünlük vermişdi. O, illər sonra ilk dəfə müsahibə zamanı kameralar qarşısına keçib.
Sosial şəbəkələrdə yayılan son görüntülərdə Bedia Akartürkün həm arıqladığı, həm də üzündəki dəyişimin diqqət çəkdiyi bildirilib.
İzləyicilər sənətçinin enerjisini və illərə meydan oxuyan görünüşünü müzakirə edərək paylaşıma çoxsaylı şərhlər yazıblar.
Musa
Milli.Az