8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO

14 May 2026 10:30

Türkiyənin Samsun şəhərində ailədaxili mübahisə faciə ilə nəticələnib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İlkadım rayonunda 35 yaşlı şəxs evdə babası ilə yaşadığı mübahisə zamanı ona silahla atəş açıb. Hadisə nəticəsində bədəninə çoxsaylı güllə dəyən yaşlı kişi həyatını itirib.

Hadisədən sonra şübhəli şəxs polisə təslim olub. Araşdırma zamanı onun ifadəsi də ortaya çıxıb. Bildirilib ki, o, babasının uzun müddətdir spirtli içki qəbul etdiyini, həm özünə, həm də yataq xəstəsi olan anasına qarşı davamlı kobud davrandığını deyib.

Şübhəli şəxs ifadəsində hadisə günü babasının yenidən aqressiv davrandığını və mətbəxdən bıçaq götürdüyünü gördükdən sonra qorxaraq atəş açdığını bildirib.

"Heç kim babasını öldürmək istəməz. Allah heç kimə belə bir hadisə yaşatmasın", - deyə o, ifadəsində qeyd edib.

Faktla bağlı araşdırma aparılır. Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Hüseyn
Milli.Az