Avroliqanın “Dördlər finalı”nın iştirakçıları

14 May 2026 12:00

Basketbol üzrə Avroliqanın dörddəbir finalının son günündən sonra "Dördlər finalı"nın bütün iştirakçıları müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən sizi  yekun nəticələrlə tanış edir.

Hazırkı Avroliqa çempionu "Fənərbağça" seriyada Litvanın "Jalgiris" komandasını 3:1 hesabı ilə məğlub edib. Yunanıstanın "Olimpiakos" komandası "Monako" ilə seriyanı 3:0 hesabı ilə başa vurub. İspaniyanın "Valensiya" komandası Yunanıstanın "Panatinaikos" komandasına iki məğlubiyyətdən sonra həlledici beşinci oyunda qələbə qazanıb. "Real Madrid" seriyada "Hapoel"i 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, "Dördlər finalı"nın bütün cütlükləri müəyyənləşib:

Fənərbağça - Olimpiakos;
Valensiya - Real Madrid.

Turnir 22-24 may tarixlərində Yunanıstanın Afina şəhərində keçiriləcək.

Milli.Az