49 yaşlı Əməkdar artist geyimi ilə müzakirə yaratdı - VİDEO

14 May 2026 09:55

Əməkdar artist Lalə Məmmədova qatıldığı tədbirdə seçdiyi geyimlə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, müğənni qara rəngli səhnə libası ilə görüntülənib. İki hissədən ibarət olan geyimin qarın nahiyəsinin açıq olması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

49 yaşlı sənətçinin səhnə çıxışı zamanı geyimin üst hissəsini tez-tez düzəltməyə çalışması da izləyicilərin diqqətindən yayınmayıb.

Lalə Məmmədovanın görüntüləri sosial mediada yayılaraq müxtəlif rəylərlə qarşılanıb. Bəzi istifadəçilər sənətçinin görünüşünü bəyənsə də, digərləri geyim seçimini müzakirə mövzusuna çeviriblər.

Musa
Milli.Az