Argentina millisinin ulduzu Lionel Messi MLS-də ən yüksək maaş alan futbolçu statusunu qoruyur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami" ilə yeni müqavilə əsasında futbolçunun illik baza qazancı 25 milyon dollara yüksəlib.
MLS Oyunçular Assosiasiyasının açıqladığı rəqəmlərə əsasən, Lionel Messinın bu mövsüm üçün ümumi zəmanətli gəliri isə 28,3 milyon dollar təşkil edir.
Bildirilib ki,"İnter"in ümumi əmək haqqı büdcəsi 54,6 milyon dollardır. Bu göstərici liqada ikinci ən yüksək maaş fonduna sahib olan "Los-Anceles"dən təxminən 20 milyon dollar çoxdur.
MLS-də ən aşağı maaş büdcəsinə malik komandanın isə "Filadelfiya"da olduğu qeyd edilir.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayında "İnter Mayami" iilə müqavilə imzalayıb. Həmin dövrdə onun illik baza maaşı 12 milyon dollar, ümumi zəmanətli qazancı isə 20,5 milyon dollar idi.
Hüseyn
Milli.Az