Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO

14 May 2026 00:23

Bakıda 5 fərqli istiqamət üzrə tramvay xətləri çəkiləcək...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, "Bakı metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramı"na əsasən görüləcək işlər çərçivəsində yeni tramvay xətti metronun "28 may" stansiyasına qədər uzanacaq.

Qurum rəsmisi həmçinin, BakuBus" və "Bakı Taksi" şirkətlərinin Metropolitenə birləşdirilərək vahid idarəetmə sisteminin yaradılması çərçivəsində ərazilər üzrə avtobus və taksi zonalarının yaradılacağını qeyd edib.

Bəxtiyar Məmmədov ödəniş üsullarının necə həyata keçiriləcəyi ilə bağlı da məlumat verib.

Milli.Az