Mayın 13-də Bakı şəhərinin sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı baş tutub.
Milli.Az xəbər verir ki, ictimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.
30 mindən çox iştirakçı ilə Dənizkənarı Milli Park ərazisində yerləşən "Saat qülləsi"nin yaxınlığında keçirilən interaktiv proqram çərçivəsində WUF13 və şəhərsalma mövzularına dair suallar əsasında müsabiqələr təşkil edilib. Düzgün cavab verən iştirakçılara hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakıda keçirilən ictimai proqram WUF13 Festivalının ölkənin müxtəlif şəhərlərində təşkil olunan tədbirlər silsiləsinin yekun mərhələsi olub.
Milli.Az