İlk növbədə, gülləri vazaya yerləşdirməzdən əvvəl saplaqları maili formada kəsmək tövsiyə olunur. Bu, suyun daha yaxşı sorulmasına kömək edir. Vazadakı suyun hər gün dəyişdirilməsi də çiçəklərin ömrünü uzadan əsas amillərdən biridir.
Bundan əlavə, gülləri birbaşa günəş şüası altında və ya istilik mənbələrinin yaxınlığında saxlamaq məsləhət görülmür. Soyuq və sərin mühit çiçəklərin daha uzun müddət canlı qalmasına kömək edir.
Mütəxəssislər, həmçinin vazadakı suya az miqdarda şəkər və ya xüsusi çiçək qidası əlavə etməyin faydalı olduğunu qeyd edirlər. Bu üsullar güllərin təravətini bir neçə gün daha uzun saxlaya bilər.
Asya
Milli.Az