Nişan mərasimində bəyə təqdim olunan hədiyyə sosial şəbəkələrdə maraq doğurub.
Milli.Az xəbər verir ki, qız evi tərəfindən bəylə bağlı hazırlanan sürpriz tədbir iştirakçılarının diqqətini çəkib. Bəyə məşhur "PlayStation 5" oyun konsolu hədiyyə edilib.
Hədiyyəni görən bəy sevincini gizlədə bilməyib. Onun emosional reaksiyası və sevincli anları məclisdə olan qonaqların da marağına səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş yayılıb. İzləyicilər bəyin səmimi reaksiyasını maraqla qarşılayaraq videoya çoxsaylı şərhlər yazıblar.
Musa
Milli.Az