Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir.
Milli.Az xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalardan biridir və xüsusilə uşaqların beyin inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Qeyd olunur ki, yumurtanın təzə olub-olmadığını müəyyən etmək üçün qabığında çat və ya qırıq olub-olmamasına diqqət yetirilməlidir. Çünki zədələnmiş qabıq bakteriyaların daxil olmasına səbəb ola bilər.
Mütəxəssislər yumurtaların soyuducuda saxlanılmasını, bişirilməzdən əvvəl yuyulmamasını və yaxşı bişirilərək istehlak edilməsini tövsiyə edirlər. Bildirilir ki, otaq temperaturunda saxlanılan yumurtalarda bakteriyalar daha sürətlə çoxalır və bu da xarab olma riskini artırır.
Milli.Az