Siqareti tərgitdikdən sonra ağciyərlər müəyyən qədər özünü bərpa edə bilir.
Milli.Az xəbər verir ki, bu barədə London İmperial Kollecinin mütəxəssisi Şarlotta Din bildirib.
Onun sözlərinə görə, bu, orqanizmin vəziyyətini yaxşılaşdırsa da, risklərin tam yox olması anlamına gəlmir.
Ekspert qeyd edib ki, tütün tüstüsü ağciyər hüceyrələrində dəyişikliklər yaradaraq tənəffüs xəstəlikləri və hətta illər sonra xərçəng riskini artıra bilər. O, bəzi insanlarda ağciyərlərin bərpa qabiliyyətinin zəif olduğunu da vurğulayıb.
Şarlotta Din siqareti mümkün qədər tez tərgitməyi və tənəffüs sağlamlığını qorumaq üçün müntəzəm idman etməyi tövsiyə edib.
Asya
Milli.Az