ABŞ prezidenti Donald Tramp ABŞ ilə Çin liderlərinin görüşü ərəfəsində "SpaceX"in qurucusu İlon Mask və "Nvidia"nın baş direktoru Censen Huang ilə birlikdə Pekinə səfər edib.
Milli.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.
Məlumata əsasən, sahibkarlar Alyaskada Pekinə uçan "Air Force One" təyyarəsinə miniblər.
Qeyd edək ki, mayın 11-də "Bloomberg" agentliyi Tramp administrasiyasının İlon Mask, "Apple" şirkətinin baş direktoru Tim Kuk və Amerikanın böyük korporasiyalarının rəhbərlərini prezidentin Çinə dövlət səfərində müşayiət etməyə dəvət etdiyini bildirib.
Milli.Az