UEFA-dan "Fənərbağça"ya milyonluq CƏRİMƏ

13 May 2026 12:07

"Fənərbağça"nın S.K.nin maliyyə qaydalarını pozduğu üçün UEFA tərəfindən cərimələnəcəyi iddia olunub.

Milli.Az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, İstanbul təmsilçisinin xərcləmə limitini aşmasının əsas səbəblərindən biri baş məşqçi José Mourinhoya ödənilməli məbləğlərin maliyyə hesabatlarında yer alması olub.

Xəbərdə həmçinin qeyd edilib ki, UEFA ilə aparılan danışıqlardan sonra futbolçu Kerem Aktürkoğlunun maaşının da büdcəyə daxil edilməsi limitin aşılmasına təsir göstərib.

İddialara əsasən, UEFAnın "Fənərbağça"ya təxminən 10 milyon avro məbləğində cərimə tətbiq edəcəyi gözlənilir.

Klub və UEFA tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Fidan
Milli.Az