Xəzərin sahilində yüzlərlə ölü suiti aşkarlanıb

13 May 2026 11:15

Qazaxıstanın Mangistau vilayətində 17 apreldən bu günə qədər təxminən 300 ölü suiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Kazinform məlumat yayıb.

Bildirilir ki, ekofəallar cəmi iki gün ərzində Xəzər dənizinin Karajanbas və Buzacı yataqları yerləşən sahil hissəsində 37 suiti cəsədi aşkarlayıblar.

Məlumata görə, Respublika Balıqçılıq və Akvakultura Assosiasiyasının regional nümayəndəliyinin direktoru Daniyar Akimjanov bildirib ki, mayın 10-u və 11-də ekofəallar Karajanbas və Buzacı ərazilərində sahilboyu araşdırma aparıblar və çoxlu sayda ölü suitiyə rast gəliblər.

Onun sözlərinə görə, suitilərin məhv olmasının əsas səbəbi ekosistemdə baş verən dəyişikliklərdir.

"Biz ekofəallar olaraq sahilin yalnız kiçik hissəsinə nəzarət edə bilirik. Düşünürəm ki, ölən suitilərin həqiqi sayı 300-dən qat-qat çoxdur", - deyə Akimjanov qeyd edib.

Ayxan
Milli.Az