Parklanma problemi narazılıq yaratdı - Nişan görünmür, cərimə yazılır - İDDİA

13 May 2026 11:56

Yasamal rayonu ərazisində yerləşən ödənişli parklanma məntəqəsi sürücülərin narazılığına səbəb olub.

Milli.Az xəbər verir ki, vətəndaş avtomobilini park etdikdən sonra sistemi aktivləşdirə bilmədiyini və nəticədə cərimə ilə üzləşdiyindən şikayət edir.

Vətəndaş məsələnin Şəfayət Mehdiyev küçəsində yerləşən parklanma sahəsi ilə bağlı olduğu qeyd edilir. İddiaya görə, ərazidə davam edən tikinti işləri səbəbindən parklanma nişanı hasarın arxasında qalıb. Bu səbəbdən sürücülər kodu görə bilmirlər və ödənişi aktivləşdirməkdə çətinlik yaşayırlar.

Tikinti şirkətinin nümayəndəsi Ülvi Rəsulov məsələ ilə bağlı açıqlamasında bildirib ki, problem barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin "141" çağrı mərkəzinə dəfələrlə müraciət olunub. Onun sözlərinə görə, hətta nişanın başqa yerə köçürülməsi üçün də təklif verilsə də, indiyədək məsələ həllini tapmayıb. 

Asya
Milli.Az