Bu ərazilərdə 2 gün su OLMAYACAQ

13 May 2026 11:12

Sumqayıt şəhərinin, Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Milli.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, suyun idarə olunmasının daha operativ təşkili məqsədilə magistral xəttin qəzalı hissəsinin dəyişdirilməsi və siyirtmələrin qoyulması işləri aparılacaq. 

Bu səbəbdən 14 may səhər saatlarından 16 may günorta saatlarınadək sözügedən ərazilərdə suyun verilməsi fasiləli olaraq dayandırılacaq.

Milli.Az