7 dəfə ərə gedən müğənni: “Bəyin atasının alt paltarını biz ALMALIYIQ?”

13 May 2026 10:39

Türkiyəli məşhur müğənni Seda Sayan toy xərcləri ilə bağlı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə gündəm olub.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi paylaşımında son dövrlər toy mərasimlərinin həddindən artıq baha başa gəldiyini vurğulayaraq cütlüklərə fərqli tövsiyə verib.

Seda Sayan "Toy işlərindən vaz keçin. Xərci çoxdur, üstəlik heç kimi razı sala bilmirsiniz. Sadəcə nikah edin, dəvətnaməyə də IBAN yazın, istəyən pulunu ora göndərsin" sözləri ilə diqqət çəkib.

Müğənninin xüsusilə toy adətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. O, "Bəyin atasının alt paltarını niyə biz almalıyıq? Mənə onun başmağından nə?" deyərək bəzi ənənələri tənqid edib.

Seda Sayanın açıqlamaları sosial mediada birmənalı qarşılanmayıb. Bir qisim istifadəçi onun fikirləri ilə razılaşaraq toy xərclərinin həqiqətən də ağır yükə çevrildiyini bildirib. Digərləri isə sənətçinin sözlərini sərt və yersiz hesab edib.

Qeyd edək ki, son vaxtlar artan qiymətlər və təşkilati xərclər səbəbindən toy mərasimləri ilə bağlı mövzular Türkiyə mediasında tez-tez müzakirə olunur.

Musa
Milli.Az