Səhhətində problem yaşadığı deyilən Xalq artisti Aygün Kazımova yenidən görüntülənib.
Milli.Az xəbər verir ki, Pop Diva yenidən duet ortağı kimi tanınan Namiq Qaraçuxurlu ilə eyni səhnəni bölüşüb.
Məkanların birində baş tutan çıxış zamanı sənətçilərin səhnə enerjisi və səmimi münasibəti diqqət çəkib. İkilinin birgə performansı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə çoxsaylı rəylər yazılıb. İzləyicilər Aygün Kazımova və Namiq Qaraçuxurlu duetinin illər keçsə də aktuallığını qoruduğunu qeyd ediblər.
Hüseyn
Milli.Az